31 May 2021 11:27
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Şuşa ilə bağlı qanun qəbul edirik. Sevindirici haldır. Türkiyənin tanınmış siyasi xadimi, Milləyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən Şuşada məktəb tikmək təklifi edilmişdi. Lakin kiçik anlaşmazlıq ortaya çıxıb. Bəzi qüvvələr isə dərhal bundan sui-istifadə etməyə çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə keçirilən iclasda deputat Fazil Mustafa səsləndirib.

O qeyd edib ki, Azərbycan-Türkiyə qardaşlığı elə səviyyədədir ki, kiçik inciklik olsa belə, bunun müzakirəsinə, sui-istifadə olunmasına yol verilməməlidir:

“Dövlət Baxçalı qeyd edib ki, məktəb inşa edilməyəcək və bu məqsədlə toplanan ianələr geri qaytarılacaq. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələyə aydınlıq gətirərək dedi ki, məktəbin açılışı olacaq və bu, müsbət hadisədir”.

Fazil Mustafaya görə, biz elə etməliyik ki, belə kiçik anlaşmazlıq zamanı başqa qüvvələr ortaya girərək bundan sui-istifadə etməsin:

“Müharibə göstərdi ki, bizim bir nömrəli müttəfiqimiz Türkiyədir. Türk şirkətlərinin bərpa prosesində də iştirakı vacibdir. Onlara öz şirkətlərimiz kimi baxmalıyıq. Buna mane olan məmurlar və ünsürlər ortaya çıxarılmalıdır ki, kiçik problemlər münasibətlərimizi zədələməsin”.


Müəllif: Nemət

Oxşar xəbərlər