11 İyun 2021 19:48
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycan və Ermənistan arasında etimad tədbirlərini inkişaf etdirmək üçün dialoq içərisindəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Vyanada ATƏT-in Daimi Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, sərhəd problemlərinin həlli istiqamətində effektiv çoxtərəfli fəaliyyət həm uzunmüddətli, həm də yeni meydana çıxan məsələləri çözmək üçün vacibdir: “Etimad tədbirləri ilə bağlı proqramımız vətəndaş cəmiyyəti, mütəxəssislər və peşəkarlar arasında ortaq standartlar, ən yaxşı təcrübəni paylaşmaq və qeyri-siyasi dialoqu təbliğ edir. Təbii ki, problemlər və həll yolları konkret şərtlərdən asılı olaraq dəyişir”.

Baş katibin sözlərinə görə, Abxaziya, Cənubi Osetiya və Dnestryanıda da bu cür etimad tədbirləri görülür.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimad tədbirlərinin uğurlu olması həm də səlahiyyətli şəxslərin öhdəliklərindən asılıdır.

O vurğulayıb ki, hökumətlər Avropa Şurasının təşkilata üzv dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü tam və qətiyyətlə dəstəklədiyinin fərqindədirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər