“100 il əvvəl Qars müqaviləsi imzalandı. Bu müqavilə Naxçıvan torpaqlarının Azərbaycan ərazisi kimi qorunmasında əhəmiyyətli oldu. 100 il sonra Şuşa bəyannaməsi imzalandı. Bu, tarixi əhəmiyyət kəsb edir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisdə çıxışı zamanı deyib.
O xatırladıb ki, Türkiyə ilə Azərbaycan münasibətlərində qardaşlıqdan irəli gələn müttəfiqlik sazişi bağlamaq istəyimizi mətbuatda dəfələrlə ifadə edirdik: “Hərbi ittifaqlıq və müttəfiqlik artıq təsbit olundu. Belə müddəaların bəyannamədə ifadə edilməsi bizim gücümüzü artırır. Bu, güclü olan ordumuzu daha da gücləndirəcək”.
Ağamalı ikinci mühüm məqam kimi vaxtilə türk dövlətləri və xalqlarının coğrafi bağlantısı olan Zəngəzurun ağrısını çəkməyimizi qeyd edib: “Artıq Türkiyə də bu prosesin içindədir”.