22 İyun 2021 12:17
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müzakirənin uzanmasının bir səbəbi var. Sosial məsələ, insanların güzəranı həssas mövzudur. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu, praktikada özünü göstərəcək. Onda biz görəcəyik ki, bu, xalqın xeyrinədir, yoxsa ziyanına. Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, elə rayon var ki, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir:

“Bakının özündə də belə hallar olur. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər.
Burada da əziyyət çəkən əhali, daha doğrusu, əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”.

Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsin əlililliyin qiymətləndirilməsi” ifadəsi yazılır:

“Qiymətləndirmə sağlamlıq haqqında ola bilər. Burada söhbət əlilliyin müəyyən edilməsindən gedə bilər”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdan keçib.


Müəllif: Nemət

Oxşar xəbərlər