25 İyun 2021 17:22
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının yeni nizamnaməsinə qədər rayon təşkilatlarında sədr və aparat rəhbəri vəzifələri vardı. Rayon təşkilatlarında sədr siyasi, ideoloji bir vəzifə daşıyırdı. Ona görə də YAP rayon təşkilatlarına icra başçısının müavini və yaxud rayonda digər vəzifələrdə çalışan şəxslər sədrlik edirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Bakıda və rayonlarda YAP-ın yerli rayon təşkilatlarının bir çoxuna da millət vəkilləri sədrlik edirdi: “Artıq yeni bir mərhələ başlayıb. Dövlətimiz yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bölgədə reallıqlar yaranıb. Əgər ölkədə total islahatlar aparılırsa, Cənubi Qafqazın ən böyük siyasi partiyası, ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev kimi böyük şəxsiyyətlərin rəhbərlik etdiyi partiyada da islahatların keçirilməsi labüd idi”.

Məlahət İbrahimqızı ümumilikdə YAP VII qurultuyanın islahatlara əsaslanan bir qurultay olduğunu söyləyib: “Ölkə ictimaiyyəti bu yenilikləri diqqətlə izləyir. Ona görə də, öncədən yeniləşən partiyamıza yeni kadrlara uğurlar arzu edirəm”.

Qeyd edək ki, millət vəkili Məlahət İbrahimqızı YAP Nəsimi rayon təşkilatının son hesabat konfransından sonra artıq rayon təşkilatının sədri vəzifəsini icra etmir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər