2 İyul 2021 15:01
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

Partiyadan Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəlik təsdiq edildikdən sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov hesabat məruzəsi ilə çıxış edib. V.Seyidov ötən dövr ərzində rayon təşkilatının gördüyü işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təşkilat partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində səylə çalışıb, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin uğurlarının ictimaiyyət arasında təbliğinə xüsusi diqqət yetirib. Hazırda YAP Suraxanı rayon təşkilatı özündə 110 ərazi ilk partiya təşkilatını və 9 min 277 üzvü birləşdirir.

V.Seyidov hesabat məruzəsində pandemiya ilə əlaqədar reallaşdırılan tədbirlər, eləcə də şəhid ailələri və qazilərlə keçirilən görüşlərdən də bəhs edib.

Daha sonra YAP Suraxanı rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Məşkur Mirzəyevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının 327 nömrəli tam orta məktəb üzrə ərazi ilk partiya təşkilatının sədri Səadət Məmmədova, şəhid Orxan Hüseynovun anası, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Xalidə Həmzəyeva, YAP Suraxanı rayon təşkilatı 6 saylı xüsusiləşmiş vərəm xəstəxanası üzrə ərazi ilk partiya təşkilatının sədri İlhamə Cabbarova və YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Murad Sarıbalayev çıxış edərək YAP Suraxanı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard siyasi qüvvəsidir. Partiyamız yarandığı gündən dövlətin və xalqın maraqları naminə fəaliyyət göstərərək ümumxalq partiyası statsusunu qazanıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız inkişafının yeni mərhələsini yaşayır.

Ə.Tağıyev həmçinin YAP-ın VII Qurultayının qərarları ilə bağlı yerli təşkilatların üzərinə düşən vəzifələrdən danışıb, YAP Suraxanı rayon təşkilatına fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, YAP Suraxanı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər