Kiyevdə Qırğızıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətiylə bayram tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, bayram şənliyində Ukrayna Azərbaycanlıları Radasını sözügedən qurumun baş katibi Ceyhun Məmmədov və aprat rəhbəri Elşad İbrahimov təmsil edib.
Qırğızıstanın Ukraynadakı səfirliyi tərəfindən Kiyev şəhərində keçirilən bayram tədbirində səfirlik əməkdaşları, Ukraynada yaşayan qırğızlar və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qırğızıstanın Ukraynadakı səfiri Jusupbek Şaripov müstəqilliyin qırğızlar üçün önəmini vurğulayıb.
Qardaş qırğız xalqını Respublika günü münasibəti ilə təbrik edən UAR baş katibi Ceyhun Məmmədov dəvətə görə cənab səfirə təşəkkür edib. C.Məmmədov, eyni zamanda Zəfər Gününü qeyd edən Türkiyəyə də öz xoş sözlərini çatdırıb.
UAR həmtəsisçiləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini şənlik iştirakçılarına çatdırıb.
Bayram şənliyi konsert və idman yarışları ilə davam edib.