30 Sentyabr 2021 16:35
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neçə şəhər icra hakimiyyətində neçə şəhid ailəsi işlə təmin olunub? Eləcə də bölgələrdə ekologiya, kənd təsərrüfatı və digər sahələrlə bağlı vakansiyalar daha çox olur. Hansı qurumların orada vakansiyaları çox olursa, ilk növbədə şəhid ailələrinin ali təhsilli övladlarının işə götürməyə üstünlük verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevə səsləndirib.

Onun sözlərinə görə, dövlət qurumlarının belə addımlar atması özəl sahələr üçün də nümunə olar:

“Hörmətli xanım sədr, şəhid ailələri və qazilərin işə götürülməsini gündəmə gətirdiyiniz üçün təşəkkür edirəm. Ali təhsilli şəhid övladları işlə təmin olunmalıdır. Hesab edirəm ki, ilk prirotet kimi şəhid övladlarının işə götürülməsi vacibdir. İkinci sırada qazilər gəlməlidir”.

Qənirə Paşayevə həmçinin deyib ki, şəhid ailələrinin övladlarının çoxu həm də məktəbli yaşındadır: “Şəhid xanımları üçün övladlarının keyfiyyətli təhsil alması vacibdir. Mən hesab edirəm ki, özəl məktəblərdə də şəhid övladları ilə bağlı güzəştlər paketi olmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər