“VIII Qlobal Bakı Forumunda olmaqdan məmnunluq duyuram. Bizim bu forumlarda diskussiyalarımız gələcək üçün önəmlidir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Boston Qlobal Forumunun təsisçisi və həmsədri Nguyen Anh Tuan bildirib.
Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa isə bildirib ki, dünyada və regionda baş verən prosesləri diqqətlə izləyirlər.
O bildirib ki, regiona sülh gələcəyinə ümid edir.