2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması işğalçı Ermənistanın danışıqsız təslim olması, kapitulyasiya aktı oldu. Ermənistan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qalib sərkərdə çəkmələri qarşısında diz çökdü.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professor bildirib ki, Ermənistan bununla nasist Almaniyasının taleyini yaşadı: “Azərbaycan dövlətinin zəfəri eyni zamanda regional və beynəlxalq əhəmiyyət daşıyır. Prezident İlham Əliyev diplomatik-siyasi və hərbi məharəti ilə dünyaya bir örnək oldu”.
Musa Qasımlı vurğulayıb ki, müharibə başa çatdıqdan sonra Azərbaycan dinc quruculuq dövrünə qədəm qoyub: “Qısa müddətdə görülən işlər hərb meydanında olduğu kimi, dinc dövrdə də Azərbaycanın gücünü göstərir”.