12 Noyabr 2021 12:07
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin ana qanunu olan Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib. Bu, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk Konstitusiyasıdır. Məhz bu səbəbdən də 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev Sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I ümumazərbaycan sovetlər qurultayında qəbul olunub. Eyni zamanda Azərbaycan SSRİ Konstitusiyası 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Yeni redaksiyası isə 1925-ci il martın 14-də IV ümumazərbaycan sovetlər qurultayında qəbul edilib. Azərbaycan SSRİ-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlanıb: “Məhz bu məqsədlə 1994-cü ildə ulu öndər Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası gərgin fəaliyyət göstərib. Bu mühüm layihə 1995-ci ildə ümumxalq müzakirəsinə təqdim edilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın ilk Konstitusiyası qəbul olunub”.

Millət vəkili bildirib ki, 5 bölmədən, 12 fəsildən ibarət olan Azərbaycan Konstitusiyasına ilk dəyişiklik 24 avqust 2002-ci ildə, son dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib: “Ən yüksək və birbaşa hüquqi qüvvəyə malik ali qanunvericilik aktı olan ilk milli Konstitusiyanın qəbulu ölkəmizin müstəqillik tarixinin ən mühüm hadisələrindən biri idi. Bu, eyni zamanda insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi baxımından da mühüm əhəmiyyətə malikdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər