24 Noyabr 2021 09:41
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, komitə sədri burada TÜRKSOY xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubiley mərasimində iştirak edəcək.

Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs ediləcək, onun ədəbi irsindən nümunələr səsləndiriləcək.

Qənirə Paşayeva, həmçinin Türkiyənin tanınmış ədibi Kənan Çarboğa tərəfindən tərcümə edilmiş “Aşıq Ələsgərin seçmə şeirləri” kitabının təqdimat mərasiminə qatılacaq.
Səfər noyabrın 28-də başa çatacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər