Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə gedəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Musa Qasımlı Suxumi Dövlət Universitetinin və Türkiyənin Türk Tarix Qurumunun təşkilatçılığı ilə keçiriləcək “XX əsrdə türk-gürcü münasibətləri” adlı simpoziumda iştirak edəcək.
Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş toplantıda deputat “Moskva və Qars müqavilələrinin Cənubi Qafqaza təsiri” mövzusunda məruzə edəcək.