24 Dekabr 2021 12:31
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ziyalılarını 50,60 və 70 yaşlarında təbrik edib, hər zaman diqqətdə saxlayıb. İndi imkan yaranıb ki, mən də onu təbrik edim”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.

Deputat xatırladıb ki, əgər söhbət müxalifət partiyalarından gedirsə, parlamentdə ana müxalifət partiyasının adından da danışa bilərəm:

“2020-ci ildə siyasi partiyalar bir araya gələrək hakimiyyətlə dialoq mühitinə daxil oldu. Hesab edirəm ki, bu, cəmiyyətdə müsbət qarşılandı və yaxşı mühit yarandı”.

Sabir Rüstəmxanlı daha sonra deyib ki,1994-cü ildə Heydər Əliyevlə Çinə səfər edən nümayəndə heyətində təmsil olunub:

“Heydər Əliyev orada böyük görüşlər keçirdi, müzakirələr apardı. Daha sonra heyətdə olan insanlar müxtəlif məsələlərə dair fikirlərini bildirirdi. Rəhmətlik Heydər Əliyev mənə dedi ki, siz niyə susursunuz, danışmırsınız. Mən də qeyd etdim ki, Sizin görüşlərinizi izlədim. Amma Allah sizi yaradıb ki, Çin, Hindistan kimi böyük ölkələrə rəhbərlik edəsiniz, amma 10 milyonluq Azərbaycana rəhbərlik edirsiniz. Heydər Əliyev güldü, sözümü zarafata saldı. İlham Əliyev də atasının yolunu davam etdirir. Məncə, İlham Əliyev Qarabağ zəfəri ilə dünya azərbaycanlıları arasında böyük qurur mənbəyi yaratdı. Onun ömrünün sonuna qədər bu qürur bəs edəcək. Mən Prezident Əliyevi təbrik edir, ona can sağlığı və uğurlar arzu edirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər