21 Yanvar 2022 16:10
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Malayziya xarici işlər nazirinin müavini Kəmarudin Cəffərlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tviter səhifəsində yazıb.

“Malayziyanın xarici işlər nazirinin müavini cənab Kəmarudin Cəffərlə məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli əlaqələri, həmçinin İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar çərçivəsində sıx əməkdaşlığı müzakirə etdik” - paylaşımda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər