Xarkov vilayətində dövlətə xəyanət ittihamı ilə Cənubi şəhərin meri Aleksandr Bryuxanov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov hərbi-mülki administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Bryuxanovla birlikdə onun müavini, yerli rayon polis şöbəsinin rəisi və ərazi inspektoru saxlanılıb.
"Bu, hələ dərk etməyənlərin anlaması üçündür ki, bizim müharibəmiz var və biz torpaqlarımızın bir santimetrini də verməyə icazə verməyəcəyik”, - hərbi-mülki administrasiyasının rəhbəri deyib.
Onun sözlərinə görə, hərbçilər xainlərin yerindəcə güllələnməyə davam edəcəkləri barədə xəbərdarlıq edir.