3 Mart 2022 18:22
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 23 fevral-28 fevral 2022-ci il tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Sərhəd buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasına ezam olunub. İşçi heyətin üzvləri sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvlərini qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 540 nəfərin 23 fevral – 28 fevral 2022-ci il tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər