9 Mart 2022 14:52
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr 2020-ci il razılaşması ilə Azərbaycanla Ermənistan arasında olan münaqişə başa çatıb. Ölkəmizin 44 gün ərzində apardığı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz təmin edilib. Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən razılaşmaya əsasən rus sülhməramlılarının əraziyə daxil olması ilə qanunsuz erməni silahlıları oranı tərk etməli idi. Amma hələ də həmin ərazilərdə qanunsuz erməni silahlıları qalmaqdadır. Bu amil erməni tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinin bariz nümunəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, son günlər qanunsuz erməni silahlılarının baş verən təxribatları isə heç bir məntiqlə uzlaşmır:

“44 günlük Vətən müharibəsi ilə darmadağın edilən erməni silahlı qüvvələri ara-sıra bu cür təxribatlarla özünün mövcudluğunu göstərməyə çalışır. Bu eyni zamanda Ermənistan daxilində revaşist qüvvələrin təhriki ilə baş verən qanunsuz əməllərdir. Rusiya Ukrayna müharibəsi fonunda Qarabağda hələ də qalmaqda olan separatçıların qanunsuz əməlləri tamamuli absurd görünür. Çünki burada hansısa məsələləri uzlaşdırmağa çalışmaq nədənsə, həvəslənmək mənasızdır”.

Millət vəkilinə görə, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib:

“Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilib. Burada baş verən hər hansı bir hərəkət Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünüə edilən cəhd kimi başa düşülə bilər. Bu baxımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində düşmənə verdiyi layiqli və tarixi dərs yəqin ki, onların yadından çıxmayıb. Ermənistan və onun havadarları unutmamalıdır ki, Dəmir Yumruq yerindədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər