Azərbaycanın təkliflərini rədd etmək çox məntiqsiz olar, Ermənistanın cavabını gözləyəcəyik.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün baza prinsiplərini təqdim etdik. Hesab edirik ki, həmin təklifləri rədd etmək çox məntiqsiz olar. Ermənistan tərəfinin cavabını gözləyəcəyik. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirik. Bir ilə yaxın müddət idi ki, sülh müqaviləsi təklifini vermişdik və buna heç bir cavab yox idi. Ancaq biz ikinci sənədi Ermənistana təqdim edəndən sonra dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını dilə gətirib. Bu, ikinci təklifə müəyyən mənada Ermənistandan cavab reaksiyası idi" - nazir vurğulayıb.