Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir Abdullahian arasında Çində görüş baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Tərəflər görüş zamanı Ukrayna və Əfqanıstandakı vəziyyət, eləcə də regional və qlobal gündəmdə olan məsələlər barədə fikir mübadiləsi aparıblar.