12 May 2022 14:55
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Finlandiya NATO-ya daxil olmaqla Rusiyaya təhlükə yaratmır. Əksinə, Finlandiya bu addımla özünü Rusiya kimi təhlükədən sığortalayır. Amma Finlandiyanın gələcək planlarında Rusiyanın üzərinə yerimək yoxdur”.

Bunu Teleqraf.com-a politoloq Rasim Musabəyov deyib.

Bundan əvvəl Rusiyanın Finlandiyaya NATO-ya daxil olmamaqla bağlı xəbərdarlığına gəldikdə siyasətşünas bildirib ki, ruslar bir çox ölkələrə xəbərdarlıq edib: “Amma reallıqda Rusiyanın bu addımları özünə qarşı çevrilir”.

Rasim Musabəyov əmindir ki, indiki vəziyyətdə proses Rusiya-Finlandiya qarşıdurmasına çevrilməyəcək: “Mən düşünmürəm ki, belə bir ssenari müşahidə olunsun. Əgər problem olacaqsa, bu, Rusiya üçün də olacaq. Odur ki, münasibətlərin normal qaydada saxlanılması hər iki tərəf üçün lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər