12 May 2022 17:29
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün bildirib ki, gələn həftə Moskvada Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının iclasının keçirilməsi planlaşdırılır.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə o, Düşənbədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.

“Biz azərbaycanlı həmkarlarımızla demarkasiya məsələsi və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması ilə bağlı danışdıq. Görünür, Rusiya baş nazirinin müavini Aleksey Overçukla 16-17 may tarixlərində Moskvada kommunikasiya məsələləri üzrə görüş, eyni zamanda Moskvada demarkasiya və sərhəd təhlükəsizliyinə dair ikitərəfli görüş keçiriləcəyi barədə razılıq var”, - deyə Ararat Mirzoyan bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər