21 May 2022 17:02
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasından keçən 30 il ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi və inkişafı baxımından uğurlu bir tarixdir. Müstəqilliyimizin ilk illərindən başlayaraq ABŞ Azərbaycanın ərazi bütövlüyünü və torpaqlarımızın danışıqlar yolu ilə işğaldan azad olunması prosesində ölkəmizin mövqeyini həmişə dəstəkləyib. Müstəqilliyimizin ilk illərində Azərbaycanın iqtisadiyyatının inkişafının təməlində dayanan və bel sütunu təşkil edən Əsrin müqaviləsinin imzalanmasında ABŞ yaxından iştirak edib, karbohidrogen resusrslarımızın dünya bazarlarına ixracını təmin edən neft-qaz boru xətlərinin çəkilməsini dəstəkləyib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bu illərdə Azərbaycan-ABŞ münasibətləri artan xətlə inkişaf edərək strateji xarakter alıb:

“Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərinin tikintisi ilə bağlı layihələri Amerika Birləşmiş Ştatları dəstəkləyib. Avropanı Asiya ilə birləşdirəcək bu layihələrin xüsusilə bu gün artan əhəmiyyətini müsbət dəyərləndirib. Sözsüz ki, ABŞ-ın da aktiv şəkildə qatıldığı beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan yaxından iştirak edib. Ölkəmiz 1999-cu ildən başlayaraq Kosovoda, İraqda, Əfqanıstanda, Cənubi Sudanda beynəlxalq sülhməramlıların tərkibində sülhməramlı misiyalarını yerinə yetirib. Yola saldığımız 30 ildə Azərbaycanın öz ərazisi işğal altında olmasına baxmayaraq beynəlxalq misiyaların iştirakıçısı olması ABŞ tərəfindən də yüksək dəyərləndirilib. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatan 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq Amerika Birləşmiş Ştatları tərəfindən də qəbul olunub. ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirib. Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionun çiçəklənməsinə imkan verəcəyi qənaəti ifadə edilib. Azərbaycanın sülh təşəbbüslərinin dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirən ABŞ-ın bölgədə yaratdığığmız yeni reallığa uyğun uzun müddətli sülhün təmin edilməsinə böyük dəyər verdiyinin göstəricisidir”.

Millət vəkili hesab edir ki, Azərbaycanın regionda təhlükəsiz əməkdaşlığın yaradılması ilə bağlı təşəbbüsləri beynəlxalq normalara uyğundur: “Bu, Ukrayna müharibəsi ilə əlaqədar dünya nizamında baş verən hadisələr müstəvisində yeni əməkdaşlıq və sülh regionun yaradılması istiqamətindədir. Təbii ki, dünya nizamında baş vermiş hadisələr yeni təhlükəsiz əməkdaşlıq və iqtisadi əlaqələrin davam etdirilməsi üçün perespiktivlər vəd edən Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin olunmasını vacib edir. Azərbaycanın niyyəti və gələcəyə baxışları öz ölkəmizin üzərindən dünyanı birləşdirməklə bağlıdır”.

Azər Badamova görə, ABŞ prezidentinin təbrik məktubunda ölkəmizin bu mövqeyinin əhəmiyyətindən danışaraq planlarımızın reallaşdırılmasında dəstək verməyinə hazır olduğunu bildirib: “Bu əslində ölkələrarası əməkdaşlığın möhkəmlənməsinə və inkişafına böyük dəyər ifadə edir. Sözsüz ki, bu eyni zamanda ABŞ-ın regiona baxışlarının yaranan bir yanaşmadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər