Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb. Müqavilə Cənubi Qafqazın iqtisadi potensialını üzə çıxarmağa imkan verəcək.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını üzə çıxaracaq sülh sazişini imzalamağın vaxtı çatıb.