29 Sentyabr 2022 15:09
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin həyat yoldaşı ermənidir. Onun özü də erməni lobbisinin aktiv üzvüdür, Pelosiden də qatı ermənipərəst olduğunu göstərməyə çalışır. Ona görə də, Menendezin Azərbaycan əleyhinə hansısa bir “qətnamə”, “sanksiya”sı bir mənbədən qaynaqlanır.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O hesab edir ki, bütün bunlar Azərbaycana olan nifrət və ermənilərin təsiri altında ortaya çıxan məsələlərdir: “Təəssüf ki, o boyda vəzifə tutan şəxs ABŞ-ın milli maraqlarına zidd hərəkətlər, fikirlər səsləndirir, davranışlar sərgiləyir. Azərbaycan tərəfinin bütün imkanlardan istifadə edib Ermənistanı sülhə dəvət etməsinə baxmayaraq bu cür xoşagəlməz hallar ortaya çıxır. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Co Baydenin köməkçisi Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü diqqətdən kənarda qala bilməz. Çünki bu görüşün yekunu olaraq verilən açıqlama ona dəlalət edir ki, Azərbaycanın milli maraqları müstəvisində aparılan danışıqlarda tərəflər müsbət nəticələrin əldə olunması müstəvisində müzakirələr aparıb”.

Millət vəkili Menendezin absurd iddiasının ardınca ötən gün şərti sərhəd xəttində Ermənistan tərəfinin növbəti təxribata əl atması heç də təsadüfi deyil: “Çünki erməni tərəfi sonradan bu təxribatı Azərbaycanın üzərinə yığmağa çalışır. Bu isə o deməkdir ki, erməni lobbisi sonuncu və hiyləgər niyyətini ortaya qoyur. Bu da uzun illərdir ənənəyə çevrilmiş erməni obrazından yəni, “qoymayın bizi qırırlar, məhv edirlər” yanaşmasından qaynaqlanır. Amma 44 günlük müharibədə ermənilərin bu “taktikası” işə yaramadı. İndi isə erməni tərəfi təxribata əl atmaqla öz vətəndaşlarını qurban verməklə “bizi vururlar” kartını növbəti dəfə gündəmə gətirir. Məqsəd özlərini dünyaya “yazıq xalq” kimi təqdim etməkdir. Bu, ABŞ Konqresinə seçki öncəsi olan bir hallardır. Məqsəd mümkün qədər Konqresdə daha çox yer qazanmağa hesablanıb”.

Səməd Seyidovova görə, ABŞ Senatı və Konqresi nə qədər cəhdlər etsə, Dövlət Departamenti və Amerikanın dərin düşünən və yekun qərar qəbul edən dairələri bu absurd məsələlərin qarşısını alacaqlar: “Amma sözsüz ki, bu da çətin olacaq prosesdir. Çünki Bob Menendez və Marko Rubio kimi adamlar tamamilə başqa bir niyyətlə bu işə başlayıblar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər