Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.
Teleqraf.com xəbər verir ki, sənədin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq, yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin oktyabrın 24-də keçirilməsi nəzərdə tutulur.