Xarici işlər naziri Ceyhun Bayramov bu gün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.