1 Dekabr 2022 22:56
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Borel tviter hesabında bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə etdim. Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın əməkdaşlığına ümid edirik”, - ali nümayəndə qeyd edib


Müəllif: Teleqraf.com