8 Dekabr 2022 09:48
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dövlətinin xarici siyasətində qonşularla dost və qardaşlıq şəraitində yaşamaq xətti var. Bu, Azərbaycan dövlətinin milli təhlükəsizlik konsepsiyasında öz əksini tapıb. Sözügedən sənəd 2004-cü ildə qəbul edilib. Həmçinin Azərbaycan dövlətinin hərbi doktrinasında strateji xətt kimi Ermənistanla münasibətlər tənzimlənənə qədər bu ölkəni siyasi-iqtisadi blokadaya salmaq, amma digər qonşu dövlətlərlə qardaşlıq və dostluq şəraitində əməkdaşlıq etmək nəzərdə tutulub. İndi İranla münasibətlərin gərgin olmasının səbəbkarı Bakı yox, Tehrandır. Məhz Tehran hökuməti 2020-ci il müharibəsindən sonra Azərbaycana qarşı açıq fəaliyyət göstərir. Təəssüflər olsun ki, İran hakimiyyət dairələri özünü ermənilərdən daha çox erməni kimi aparır”.

Bu sözləri Teleqraf.com-a politloq Cümşüd Nuriyev deyib.

O deyib ki, sanki ermənilərin hüquqları İran mollalarına qalıb:

“Hələ dəqiqədə bir də Azərbaycanı öz aləmlərində hədələyirlər. Görün nə qədər cızıqlarını aşıblar ki, Azərbaycanı “Bakı Respublikası” adlandırırlar. Guya bununla bizə acıq verəcəklər. Hələ deyirlər ki, Türkiyə və İsrail dövləti ilə dostluq etməyin. İddia edirlər ki, guya biz Ermənistan ərazilərini işğal etmişik”.

Mütəxəssis əlavə edib ki, Azərbaycan dövləti Qarabağı işğaldan azad etdikdən sonra İranın əsl iç üzü açılıb:

“Bunların içində nə qədər kin və nifrət varsa, üzə çıxıb. İndi baxanda adama elə gəlir ki, Ermənistan baş naziri Nikol Paşinyan farslardan daha ədalətlidir, yaxşıdır. Müqayisə edəndə adama elə gəlir ki, bu məsələlərdə Paşinyan daha çox haqlı mövqedədir, nəinki İran və onun molla rejimi. Daşnaksütyunla bunların arasında heç bir fərq yoxdur.

Hələ bununla yanaşı dünya müsəlmançılığından, islamdam hümbbətdən bəhs edirlər. Dünyada heç bir müsəlman ölkəsi İranın tutduğu mövqeydən çıxış etməyib”.


Müəllif: Nemət

Oxşar xəbərlər