1 Fevral 2023 23:15
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.

Bu barədə Teleqraf.com-a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

Xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir. O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək.


Müəllif: Teleqraf.com