14 Fevral 2023 18:06
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hakimiyyəti Xoyda baş verən zəlzələdən əziyyət çəkənlərə lazımi səviyyədə yardım göstərmədi. Bunu xaricdən olan müşahidələr də göstərir. Xarici ölkələrdən olan yardımları da İran hökuməti qəbul etmədi. Eyni zamanda Azərbaycanın da yardım təklifindən İran imtina edib. Ancaq bununla belə İran özü resursları ilə həmin o insanların normal yaşayışını təmin etmək üçün heç bir addım atmadı. İranın bu yolla yerli əhalidən anti-hökumət nümayişlərinə görə, heyf çıxdığını da söyləmək çətindir. Hər halda istənilən hakimiyyətin vəzifəsi insanların təhlükəsizliyini və normal yaşayışını təmin etməkdir. Problem olduqda isə o problemi operativ qaydada həllinə nail olmaqdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, biz İranda yaşananların əksini qardaş Türkiyədə gördük:

“Türkiyədə dövlət hər bir vətəndaşın zəlzələ baş verən andan yanındadır. Amma təəssüf ki, biz bunu İranda görə bilmədik. İrandakı soydaşlarımızın ağır vəziyyətinə Azərbaycan vətəndaşları ürək ağrısı ilə yanaşır. Siyasət bir tərəfə həmin qardaşlarımıza biz yardım göstərə bilərdik. İran tərəfindən isə belə bir təşəbbüs, yanaşmanı görmədik. Eyni zamanda çox təəssüf ki, İran tərəfindən Azərbaycan daxili işlərinə qarışmaq cəhdlərinə də son qoyulmur. İran Azərbaycanın müstəqilliyini, müstəqil daxili-xarici siyasətini həzm etməkdə çətinlik çəkir. Bu ölkə Azərbaycanı öz təsiri altına ala bilməməsini özünə bağışlamaq istəmir”.

Deputat hesab edir ki, İran bu kimi hallardansa, özünün daxili məsələləri ilə məşğul olsa daha yaxşı olar:

“Bütün dünya ilə düşmən olmaq İrana heç nə vəd etmir. Onun yeganə yaxşı münasibətləri Azərbaycanla idi bunu da korladı. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törədildi. Əslində İran hakimiyyəti sayıqlıq göstərsə, Azərbaycana qarşı diqqətli olsa idi həmin qanlı hadisə baş verməyəcəkdi. Amma bu qanlı terror hadisəsi baş verdi. Daha sonra İran bunu məişət hadisəsi kimi qiymətləndirərərək terrorçunu ruhi xəstəxanaya yerləşdirərək ictimai fikirdən uzaqlaşdırmağa çalışır”.

Aydın Mirzəzadəyə görə, İranın Azərbaycan qarşı münasibəti kökündən səhvdir:

“İran kimdir ki, bizə Zəngəzur dəhlizinin açılmasına icazə verə ya verməyə? Bu Azərbaycan-Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatda öz əksini tapıb. Bu mütləq icra olunacaq. Çünki bu dəhliz regiona, Azərbaycana, Ermənistana, dünyaya lazımdır. Ona görə də, İranın hansısa səbəbdən bu layihənin həyata keçrilməsinin zəmanətçisi və əsas söz sahibi hesab edir? Öz daxili məsələlərini həll etmək, əhalisini dinləmək İranın bundan sonra gedəcəyi yolu düşünüb, götür-qoy etmək əvəzinə o daima başqa ölkələrin daxili işlərinə qarışmaq, regionun jandarmı rolunu oynamağa cəhd edir. Amma bütün bunlar yolverilməzdir. Azərbaycan özünə qarşı bu münasibəti qəbul etmir və etməyəcək. Bunu İran birdəfəlik bilməlidir. Azərbaycanın öz süverenbliyiniqorumaq üçün kifayət qədər gücü ən əsası isə xalqın iradəsini yerinə yetirən rəhbərliyi, xalqın öz müsətqilkliyinə bağlı olan gücül hissələri var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər