24 Fevral 2023 18:53
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sülh gündəliyi çərçivəsində Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi müstəvidə inteqrasiyasına hazır olduğunu dəfələrlə bildirib. Amma haradansa gələn, kiminsə oyununu oynayan Vardanyan kimilər bizim tərəf müqabilimiz ola bilməz.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, bu layihənin arxasında dayananlar da sonunda bundan bir nəticə çıxmayacağını anladılar:
"Reinteqrasiya məsələsinə gəldikdə, dəfələrlə vurğulanıb ki, bu, beynəlxalq hüququn normalara uyğun formatda aparılmalıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər