"Bir neçə ay əvvəl Fazil Mustafayla tanış olmaq imkanım olmuşdu".
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.
"Dünən axşam ona qarşı baş verən silahlı hücüm məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram", - o bildirib.