Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını zəruri hesab edirik.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır. Biz istəyirik ki, regionda sülh olsun. Bu məsələ ilə bağlı, o cümlədən Rusiya ilə məsləhətləşmələri davam etdirəcəyik”, - Çavuşoğlu qeyd edib.