11 Aprel 2023 11:15
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazilərlə bağlı çoxlu problemlər var. Onların vəziyyəti ağırdır.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

Digər deputatlara da vəziyyyəti pis olan qazilərdən çoxlu müraciətlər gəlir: "Əlillik də ala bilmirlər. Belə olan halda onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsınlar?..

YAŞAT Fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb YAŞAT Fondunda vəsaitlərin çox az olmasıdır.

Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür.

Təklif edirəm ki, Neft fondundan hər il birdəfəlik vəsait YAŞAT Fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, YAŞAT Fonduna vəsait köçürməkdə davam etsinlər.

Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstə. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir.

Qınamaq da olmur. Onların iş yerləri ilə təminatında çox ciddi problemlər mövcuddur. Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Doğurdan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var.

Normal ali və peşə təhsili yoxdur ki, iş bazarında axtarışa çıxsın, valideynləri varlı-hallı deyillər ki, övladlarının xərclərini ödəsin, tam da əlil deyillər ki, aylıq vəsait alsınlar. Onun üçün də həm biz, həm də aidiyyatı dövlət qurumu bu məsələni gözardına almasın. Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, onlara yazıqdır. Bəlkə, verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz, həm də hökumət bəyənəcək. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm".

Deputat daha bir vacib məsələyə toxunub: "Bu yaxınlarda məlum olub ki, bəzi kolbasa və sosislərdə ət adında heç nə yoxmuş. Belə Allahsızlıq olmaz. Necə bu qədər saxtakarlıq və imansızlıq etmək olar. O kolbasa və sosisləri bəzən ayda bir dəfə ürəyimiz istəyir. Amma hamısı bu cürdür. Bu biabırçılığa son qoyulmalıdır".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər