Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasında (AMDP) böhran hökm sürür.
Bu barədə partiya üzvlərinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilir ki, partiya yetkililəri dəfələrlə sədr Tufan Kərimə lazimi addımların atılmasının vacibliyni bildirsə də, çox təəssüf ki, o, sədr kimi öhdəliyini yerinə yetirə bilmirdi: "İndi isə sədr özbaşına partiyanın buraxılması haqda qərar verib ki, bu da AMDP-də ciddi etiraz doğurub. AMDP hər zaman siyasi səhnədə öz sözünü deyib. Partiya hər zaman millətçilik, dövlətçilik ənənələrinə sadiq qalıb.
Partiya Ramiz Mehdiyev, Əli Həsənov vəzifədə olan dövrlərdə ciddi basqılara rəğmən siyasi mübarizəsini yüksək səviyyədə davam etdirib. Partiyamız 2008-ci ilin dekabrında Ədliyyə Nazirliyində rəsmən qeydiyyata alınıb. Amma AMDP-yə fəaliyyət göstərməsi üçün yer də ayrılmadı.
Bu gün ölkəmizdə və dünyada gedən siyasi prosesslər milli qüvvələrin fəaliyyətini davam etdirməsini zəruri hesab edir. Düşünürük ki, hər zaman olduğu kimi milli qanadın əsas aparıcısı qüvvəsi olaraq, AMDP (Bozqurd) millət və dövlət maraqları naminə fəaliyyətini davam etdirməlidir".
Narazılar bildirirlər ki, partiyaya yeni nəfəs vermək üçün Siyasi Şura və MNTK növbədənkənar Qurultaya getmək barədə qərar qəbul edib: "Növbədənkənar qurultayın keçrilməsi üçün təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinə sədrin birinci müavini Eldar Tağıyev rəhbərlik edir. Sədrin özbaşına verdiyi, partiyanı buraxması qərarı Partiyanın Nizamnaməsinə tam ziddir. Nizamnamənin 11.1 bəndinə əsasən Partiyanın fəaliyyətinə xitam vermək səlahiyyəti yalnız Qurultay və ya Məhkəmə qərarı ilə baş verə bilər'.