Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün mayın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Bu barədə Teleqraf.com-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, deputat Fəzail Ağamalı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak edəcək. Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması üzrə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, dövlətin ekoloji siyasətinin yerli səviyyədə həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
Deputat Jalə Əliyeva qurumun Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasına qatılacaq. Yığıncaqda “Orqanik kənd təsərrüfatı haqqında”, “Atmosfer havasının qorunması haqqında”, “Torpağın mühafizəsi haqqında”, “Ekoloji monitorinq haqqında” model qanun layihələrinə və digər məsələlərə baxılacaq.
Səfər mayın 25-də başa çatacaq.