29 May 2023 17:55
3 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Millət İttifaqı”nın Türkiyə prezident seçkilərində vahid namizədi olmuş, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu əslində anqlo-saksların layihəsidir. Çünki onlar güclü Türkiyə istəmirlər. Ümumiyyətlə, bu qüvvələr Türk dünyasının oyanmasını qəbul etmir. Türk dünyası Yaxın-Orta Şərqdə İslam dünyasını birmənalı şəkildə öz siyasi nəzarətinə götürməyə başlayıb. Ona görə də, Rəcəb Tayyib Ərdoğanın timsalında belə bir favorit dövlətin olması onlar üçün arzuolunmaz haldır. Bu baxımdan da Kılıçdaroğlu təsadüfən seçilməyib.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edibki, anqlo-sakslar Kılıçdaroğlunun bütün keçmişini bilirlər: “Fakt odur ki, Kılıçdaroğlunun ulu babası əslən Yəməndəndir. Onlar Taif qəbiləsindən, yəni Məhəmməd Peyğəmbərin əleyhinə olan bir qəbilənin davamçılarıdır. 4 xəlifəni məhz Kılıçdaroğlunun nəsli öldürüb. Bunun hamısı ilə bağlı ciddi faktlar var. Misirdə bu faktlar sənədləşdirilib. Orada məşhud politoloq Sabir Şaban bu məsələni araşdırıb və məlumat verib. Daha sonra Kılıçdaroğlunun babaları Həzrət Əlini öldürdükdən sonra oradan qaçmalı olub. Beləliklə də onlar İrana, indiki İsfahan ərazisinə gəliblər. Xasiyyətləri farslarla uyğun gəldiyinə görə uzun müddət orada qala bilirlər. 200 il öncə İran ərazisində mövcud dövlətlərdən biri Osmanlı daxilində təxribat aparmaq məqsədi ilə Kılıçdaroğlunun nəsli indiki Türkiyə ərazisinə Tunceliyə göndərilir”.

Politoloq bildirib ki, Kılıçdaroğlunun əsl soyadı Karabulutdur:

“Kamal Karabulutun, yəni Kılıçdaroğlunun anası tərtəmiz ermənidir. Atası isə Yəməndən köçən, İslamı qəbul edən, yəhudi ilə kürdlərin qarışığından əmələ gəlmiş bir adamdır. Sonradan Kamalın atasının daha çox kürdçülüyə üstünlük verdiyi aşkara çıxır. Fakt odur ki, 1960-cı ilə qədər onların soyadı Karabulut gedib. Çünki Kılıçdaroğlunun babası 1934-cü ildə məşhur “Dərsim” olaylarında, yəni kürdlər ermənilərlə birgə Mustafa Kamal Atatürkün əleyhinə çıxaraq hakimiyyəti devirmək istəyiblər. Təbii ki, bu da o vaxt Qərbdən verilən bir sifariş idi. Məhz bu “Dərsim” hadisələri zamanı da bu təxribatların başında Kılıçdaroğlunun babası durub. Sonra isə onlar gələcəklə bağlı planlarına görə soyadlarını dəyişməli olub. Kamalın da babasına o vaxt adamları qılıncla kəsdiyinə görə, ona Kılıçdaroğlu soyadı verilib”.

Cümşüd Nuriyev vurğulayıb ki, CXP-yə uzun müddət başçılıq etmiş Dəniz Baykal Maral Akşənərin əli, Kılıçdaroğlunun hazırlatmış olduğu montaj video ilə şantaj edilərək partiya sədrliyindən uzaqlaşdırılıb:

“Beləliklə, Kılıçdaroğlu qanunsuz yollarla CXP-da sədrliyə gəlib. Anqlo-sakslar Baykalı Türkiyənin əleyhinə çevirə bilmədikləri üçün onlara Kılıçdaroğlu kimi bir adam lazım idi. Əsas məqsədi İslamı qəbul etmiş qeyri-türkləri meydana çıxarmaq olub. Ona görə də, Kılıçdaroğlu heç də təsadüfən seçilməyib. Burada əsas rolda ABŞ-ın Türkiyədəki səfiri çıxış edib. Onlar bu oyunun qurucularıdır. Sadəcə olaraq Hakan Fidanın başçılıq etdiyi Türkiyə MİT-i ilə bu oyun pozuldu. Burada bir çox təhlükəli tendensiyalar var. Seçkidə Kılıçdaroğluna səs vermiş bölgələrin coğrafiyasında İranla sərhəddə Türkiyəni istəməyən qüvvələr, Suriya-İraq sərhədində Türkiyə əleyhinə olan qruplaşmalar və Yunanıstanla qonşu bölgələr yer alıb.

Burada digər məqsəd seçkidən sonra da Ərdoğanı narahat etməkdir. Bu da anqlo-sakların planıdır. Ona görə də, uduzan Kılıçdaroğlu partiya sədrliyindən istefa vermədi. İstefa verməsi də gözlənilmir. Əsas niyyətləri isə seçkidə Ərdoğanın qazanmış olduğu qələbəyə mümkün qədər kölgə salmaqdır. Amma bütün bunlara baxmayaraq faktiki olaraq isə Ərdoğanın qələbəsi ilə Türk dünyası qələbə qazandı”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər