1 İyun 2023 22:00
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun iştirakı ilə Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində keçirilən üçtərəfli və beştərəfli görüşlər müsbət atmosferdə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.

"Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Şarl Mişelin yardımı ilə üçtərəfli formatda, eləcə də Almaniya və Fransanın iştirakı ilə keçirilən görüşlər qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçib. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb", - deyə H.Hacıyev bildirib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər