31 İyul 2023 20:57
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaqif Xaçaturyan hərbi cinayətkardır. 1991-ci ildə Xocalının Meşəli kəndində baş verən qırğınlara o başçılıq edib. İrəvan Dövlət Universitetində cinayət hüququndan dərs deyən bir neçə müəllifin Rusiyada dərc olunan yazılarına baxdım. Onlar bu məsələdə cinayət hüququnun təqib olunmasıyla bağlı fikir irəli sürüblər. Bu fikirləri çaşqınlıq yaratmasın. Mən şəxsən o insanları tanıyıram, savadsızdırlar. Biz onlarla beynəlxalq konfranslarda iştirak etmişik. Hər zaman olduğu kimi cavablarını vermişəm. Hüquqla onlar tərs mütənasibdir, anlayışları zəifdir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı Xocalı cəlladlarından biri - Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində yaşamış Xaçatryan Vaqif Çerkezoviçin Laçın buraxılış keçid məntəqəsində yoxlama zamanı müəyyən olunaraq saxlanılmasından danışarkən deyib:

"Azərbaycan 1993-cü ildə Cenevrə Konvensiyasına, 1996-cı ildə soyqırım cinayətləri ilə bağlı müharibə və insanlıq əleyhinə olan cinayətlərlə bağlı konqresə qoşulub. Azərbaycanın yeni Cinayət Məcəlləsi 2000-ci ildə qəbul edilib. Orada müharibə və insanlıq əleyhinə olan cinayətlər dəqiq əksini tapıb.

Qarabağda soyqırım cinayətini törədənlər əhalinin milli etnik zəminində və dini ayrı-seçkililiyə görə törədiblər. Vaqif Xaçatryan isə bu əməlləri törədənlərin başçılarından biri olub. Bilirsiniz ki, orada 30-40-a qədər yaxın azərbaycanlı həlak olub. O cinayəti törədənlər Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə, yəni soyqırım cinayətlərində məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan hüquq-mühafizə orqanlarının müvafiq qərarı ilə o insan axtarışda idi, qanunla həbs edilməli idi və həbs də edildi.

Burada bir şeyə aydınlıq gətirək. Birincisi, biz 1996-cı ildə soyqırım haqqında konvensiyaya qoşulmuşuq. Deməli, həmin hadisə bu ilə qədər fəaliyyətdə olub, bu beynəlxalq hüquqa aid olan məsələdir. Ortada cinayət varsa, onun geriyə qüvvəsi var. Həmin dövlətin konvensiyaya qoşulmasından asılı olmayaraq, qoşulduğu dövrə qədər cinayət hadisəsi törədilibsə, Cinayət Məcəlləsində göstərilibsə, ona qarşı bu tədbir, yəni cinayət təqibi həyata keçirilməlidir. Bu beynəlxalq hüquqda imperativ xarakterli normadır.

Törədilmiş cinayət bu normaya aid olduğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsinə hər hansı məhdudiyyət yoxdur.

Xaçatryanın həbsi tamamilə doğru qaydada beynəlxalq hüquqa və hüququn əsas çalarlarına əsaslanır. Beynəlxalq aləm buna düzgün qiymət verməlidir. Çünki istənilən ölkədə soyqırım törədən və soyqırımda iştirak edən bir cani istənilən dövlət tərəfindən axtarışa verilə və həbs oluna bilər".




Müəllif: Teleqraf.com

Oxşar xəbərlər