1 Avqust 2023 23:58
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Danışıqlar prosesini kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir, vacib olanı nəticəyə gəlməkdir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahbəsində deyib.

"Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil, Rusiya olub. Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu. Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir", - deyə Prezident İlham Əliyev bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər