Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 2-də keçiriləcək.
Teleqraf.com xəbər verir ki, qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il sentyabrın 30-u şənbə gününə təsadüf etdiyindən parlamentin payız sessiyası oktyabrın 2-də keçiriləcək.