5 Sentyabr 2023 14:28
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla daha çox əməkdaşlığa hazırıq.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi "X" hesabında qeyd edib.

"Strateji nəqliyyat və enerji layihələrimizi müzakirə etmək üçün Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayarmovla görüşmək xoş oldu. Biz daha çox əməkdaşlığa hazırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər