ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabr hücumlarının ildönümü qeyd edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin “X” ( Tvitter) sosial şəbəkə hesabında paylaşım edilib.
"Bu gün müvəqqəti işlər vəkili Hüqo Qevara başda olmaqla, səfirlik əməkdaşları 11 sentyabr hücumlarının ildönümünü qeyd edib, həyatını itirən insanları xatırlayıblar. Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-nin yanında olmasını heç vaxt unutmayacağıq", - paylaşımda bildirilib.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçular ələ keçirdikləri 4 sərnişin təyyarəsindən ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi “göydələn binalara” və birini Vaşinqton ətrafında yerləşən Pentaqonun baş qərargahına çırpıblar. Terror nəticəsində 2977 nəfər ölüb, 6300 nəfərə yaxın isə yaralanıb.