27 Sentyabr 2023 09:05
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ Dövlət Departamenti bildirdi ki, Vaşinqton “Azərbaycanın Qarabağ erməniləri qarşısında öhdəliklərini yerinə yetirməsinə nəzarət etməli olan beynəlxalq missiya” yaratmaq üzərində işləyir. Prezident Co Bayden isə Ermənistan baş nazirinə məktubunda “Qarabağda ölən ermənilər”ə (əslində separatçılara) “yas” tutduqlarını yazır, üstəgəl, yüksək vəzifəli ABŞ rəsmiləri İrəvana gəlir və sair. ABŞ-la Ermənistan arasındakı bu yaxınlaşmanı necə şərh etmək olar?

- ABŞ həm özünü demokratik ölkə sayır, həm də Azərbaycanın daxili işinə qarışır. Ermənistanla nə işləri varsa, görsünlər, özləri bilər. Amma Qarabağ onlar üçün alət ola bilməz.

İkincisi, Baydenin 80 yaşı var, bir ayağı gorda, bir ayağı da burdadır, nə deyirlərsə, onu təkrarlayır. Bayden niyə yas saxlamalıdır? Qarabağda mülki ermənilər yox, terrorçular zərərsizləşdirilib. Zərərsizləşdirilənlər arasında Ermənistanla yanaşı, Suriya, Rusiya, Livan və İraqdan gəlmiş erməni mənşəli terrorçular da var. Onların arasında farslar da, təəssüf ki, ərəblər də yer alır.

Azərbaycan ermənilərə qarşı deyil, terrorçulara qarşıdır. Biz terrorçulara qarşı mübarizə aparırıq. Düz də edirik. Beynəlxalq hüquq normaları və BMT Nizamnaməsi, eləcə də Azərbaycan qanunvericiliyi bunun əleyhinə deyil. Yəni Azərbaycanın bu addımı atması üçün bütün hüquqi şərtlər yetişmişdi.

Amerikanın 4 ştatı ayrılmaq, müstəqil dövlət olmaq istəyir. Əgər ABŞ demokratik dövlətdirsə, gedib, bunu tanısın. Amma gəlib Qafqazda “demokratiya” sınaqdan keçirirlər. Paşinyanla nə azarları varsa, görsünlər. ABŞ-a – özünü “dünyanın demokratiya beşiyi” adlandıran bir dövlətə yaraşmır ki, 10 milyonluq bir xalqa qarşı belə ədalətsiz olsun. Belə yanaşma ABŞ-a başucalığı gətirməyəcək. Erməni lobbisinin əlində bu qədər alət olmaq Amerikanın sonunun başlanğıcıdır.

- Ermənistanın hakim partiyasının rəsmisi Sərkis Xandanyan deyir ki, Fransa və Hindistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunur. Görünən budur ki, Rusiyadan uzaqlaşmağa çalışan Ermənistan təhlükəsizliyini bu iki ölkəyə tapşırır. Bəs Hindistan və Fransanın hərbi cəhətdən Ermənistanda yerləşməsi ehtimalı nə qədərdir? Artıq müəyyən bir səviyyədə Hindistanın Ermənistanda aviabaza açmasına da çağırış edilib.

- ABŞ-ın Hindistanı seçməsi təsadüfi deyil. Asiyada Çini Hindistanla əvəzləməyə çalışırlar. SSRİ dağıldıqdan sonra Çini favorit etdilər ki, Rusiyanı çökdürsünlər. Amma Çin onların maraqlarına xidmət etmədi. İndi də Çini çökdürmək üçün Hindistanı seçiblər.

Ermənistana gəlincə, onun Hindistanla əlaqələrinin arxasında başqa bir səbəb də var. Ermənilər mənşələrinə görə üç qrupa bölünürlər: Aralıq dənizi, fars və hind-qaraçı mənşəli. Qaraçıların bir araya gəlməsi gözlənilən idi. Amma Hindistanın ABŞ-ın tapşırığı ilə gəlib Rusiyanın gözləri önündə hərbi baza qurması xəyal məhsuludur. Belə bir şey Ermənistanın sonu olacaq. Rusiya Ermənistanı bir dövlət kimi siləcək.

İstəyirlərsə, etsinlər, öz işləridir, bizim onlara qarışacağımız yoxdur. Ermənistan onsuz da ABŞ-ı bölgəyə gətirməklə, İran və Rusiya kimi ən böyük müdafiəçilərini itirib. İndi Hindistanı gətirəcəklər, bir az pisləşəcəklər.

Paşinyanı qınayırlar, amma onların içində “ən ağıllı adam” odur. Baxmayaraq ki, ali təhsili yoxdur, amma adam Ermənistanın dövlət kimi məhv olduğunu görür. Revanşistlərdən fərqli olaraq, Qarabağ kimi bir ağır yükdən xilas olmaq istəyirdi və qurtulur, Ermənistanı bir dövlət kimi ayaqda saxlamaq istəyir.

Amma Paşinyanın bədbəxtliyi ondadır ki, səhər Rusiya, günorta Amerika, axşam Fransa, gecə də İranla öpüşür. Bu, olan şey deyil. Eyni anda bir neçə siyasi kürsüdə oturmağa “siyasi əxlaqsızlıq” deyilir. Buna görə də, onun planlarının baş tutacağına inanmıram.

Bəli, bizi əsəbləşdirmək və gərginləşdirmək üçün müəyyən addımlar atırlar. Bunlardan da narahat olmağa dəyməz.

- Türkiyənin gündəmində isə Zəngəzur dəhlizi var. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın son açıqlamaları qəti idi: dəhliz açılmalıdır. Bu yöndə bizi hansı gəlişmə gözləyir?

- Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Çünki məsələ Şərq-Qərb əlaqəsindən gedir. Artıq yüklər Avropaya Rusiyanın üzərindən göndərilmir. Avropada da vəziyyət kifayət qədər gərgindir. Çin və digər ölkələrdən gələn yüklər məhz Azərbaycan üzərindən çatdırıla bilər. Bunun üçün ən qısa və rahat yol Zəngəzur dəhlizidir.

Ermənistan istəmir-istəməsin, Azərbaycan kifayət qədər material toplayıb. Bu müddətdə Söyüdlü, Vejnəli, Hadrut, Ağdərə və digər ərazilərimizdəki yataqlardan nə qədər qızıl və digər sərvətlərin talandığını hesablasaq, Ermənistanın ödəyə bilməyəcəyi bir borc yaranır.

Bu borc ödənilməsə, Beynəlxalq Arbitraj Məhkəməsinin rəsmi qərarı ilə bütün Ermənistan ərazilərini ala bilərik. Ona görə də, Ermənistan ağlını başına yığsa, daha yaxşı olar. Çünki belə bir presedent var. Məsələn, Almaniya borcunun əvəzində yunan adalarını alıb. Burda da həmin şeydən, milyardlarla dollar zərərdən söhbət gedir. Qeyri-rəsmi məlumata görə, Azərbaycana 1 trilyon dollardan çox ziyan dəyib. Azərbaycan da bunu edəcək.

Zəngəzur dəhlizinin açılması təkcə Turanın bərpasına, türk dünyası arasında əlaqəyə xidmət etmir, burada böyük dövlətlərin də maraqları var. Həmin dövlətlərin də qərarı var, buna Rusiya və Çin də qoşulub, bunu Avropa istəyir. İran da nə qədər yaxasını cırır-cırsın, boş söhbətdir. İstəslər də, istəməsələr də Zəngəzur dəhliz açılacaq.

- Yəni İran bu projenin reallaşmasına mane ola bilməyəcək?

- İranın elə bir hərbi və iqtisadi gücü yoxdur. Cığal uşaqlar həmişə uduzanda hay-küy salır. İran Azərbaycanı qorxutmağa çalışır, amma alınası iş deyil. Rusiya və Çin onu məcbur edir. İranın Çinə olan borcu kifayət qədərdir. Yəni Çinə qarşı gedə bilməyəcəklər. Bu meqa layihədir, Azərbaycan da öz xarici siyasətində bundan uğurla yararlanır. Azərbaycan prezidentinə halaldır, ona eşq olsun.

- Qarabağ erməniləri ilə növbəti görüşün bir neçə gün sonra Xankəndidə keçiriləcəyi, baş nazirin müavini Şahin Mustafayevin də orada iştirak edəcəyi bildirilir. Hesab etmək olarmı ki, bu görüş bu qəbildən olan sonuncusu olacaq və bundan sonra Xankəndi və ətrafında qanunlarımızın tam tətbiqinə başlanılacaq?

- Artıq Azərbaycan qanunlarının tətbiqi başlanılıb. Hərbçilərimiz və polislərimiz artıq ərazilərdədir. Xocalı və Ağdərə tam nəzarətimizdədir. Xankəndi isə hələ də terrorçular var. Növbəti dəfə qan tökülməsin deyə, bu məsələ sakitliklər həll olunur.

Kərkicahan da daxil olmaqla, Xankəndiətrafı tam Azərbaycan ordusunun nəzarətindədir. Ətrafdakı bütün yüksəkliklərdə hərbçilərimiz yerləşdirilib. Onlar heç nə edə bilməyəcəklər, orada çırpınanlar ancaq terrorçulardır. Xankəndidə görüş baş tutacaq.

Şahin Mustafayev çox peşəkardır, erməni dilini və bu işləri də yaxşı bilir. Şərtlərimiz qoyulacaq, qanunlarımızı qəbul edəcəklər. Sosial şəbəkələrin erməni seqmentində yazılanlara görə, hətta Ermənistana gedən ermənilər də peşman olublar. Gedən gedəcək, qalanlar da Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Onlar indiyədək yaşamayıblar, bundan sonra yaşayacaqlar. Azərbaycan dövlətinin iqtisadi gücünü görəcəklər. Qarabağdakı bərpanı görəndən sonra Azərbaycan vətəndaşlığını almaq üçün növbəyə duracaqlar. Xankəndidə işləmişəm, erməniləri çox yaxşı tanıyıram.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər