12 Oktyabr 2023 12:46
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev xalqa öz tarixi müraciətində demişdir ki, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Azərbaycan xalqı sülhün, tərəqqinin, inkişafın, sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyev yalnız Ümummilli Liderimizin deyil, hər bir azərbaycanlının ümidlərini doğrultdu. O zamandan 20 il ötür.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin 12 oktyabr 2023-cü il tarixli xüsusi iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, bu gün Azərbaycan özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır: “Sürətlə dəyişən və mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan müstəqil, suveren dövlət olaraq davamlı inkişaf edir. Təkcə regionda deyil, dünyada beynəlxalq nüfuzu artır. 30 il həsrətində olduğumuz torpaqlarımız müzəffər Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində Zəfər çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu gün hər birimiz bu tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana və Ordumuza minnətdarıq! Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Və ildən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir”.

Komitə sədri bildirib ki, ötən 20 ildə dövlət başçımızın müəllifi olduğu və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır: “Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman və digər sahələrdə dayanmadan inkişaf edir. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində də mühüm uğurlar əldə edilmişdir. Bu istiqamətdə güclü qanunvericilik bazası formalaşmışdır. Aztəminatlı və həssas qrupdan olan ailələrə xüsusi diqqət yetirilir. Bu gün qadınların öz potensiallarını reallaşdırmaları və sosial-iqtisadi həyatda fəal iştirak etmələri üçün bütün imkanlar yaradılmışdır. Ölkəmizdə uşaqların fiziki və mənəvi inkişafına, onların təhsilinə, gündən günə dövlət qayğısı artır. Dövlət başçısının Sərəncam və Fərmanları ilə qəbul edilmiş xüsusi dövlət proqramları və qanunvericilik aktlarının qəbul edilməsi, vahid siyasətin həyata keçirilməsi üçün müvafiq dövlət qurumun yaradılması qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində çox vacib addım idi. Prezident cənab İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir vətəndaşla - ağsaqqal, ağbirçək, orta nəslin nümayəndəsi, gənclər, uşaqlarla səmimi ünsiyyəti hər bir dövlət məmuruna gözəl nümunədir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyəti ölkəmizin inkişafında, onun dünyada təbliğ olunması və tanınmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında danılmaz rol oynayır. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu”.

Hicran Hüseynova vurğulayıb ki, O, Cənubi Qafqazda dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı: “Prezidentimizin “sözümüz imzamız qədər keçərlidir” postulatı bu gün və gələcək üçün vacib amildir. Biz görürük ki, bu gün Azərbaycana nə qədər təzyiq göstəirilər. Diplomatik və siyasi təsirlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönməyən dövlət başçımız bu gün də bu qətiyyəti, siyasi iradəni Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərir. Biz Ona bu şərəfli və taleyüklü missiyanın yerinə yetirilməsində uğurlar arzulayırırq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər