18 Oktyabr 2023 16:11
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyəti olaraq İtaliyada vacib görüşlər keçirir, geniş dinləmələr aparırıq. II Qarabağ müharibəsi və ondan sonrakı vəziyyətlə bağlı əsl həqiqətləri italiyalı tərəfdaşlarımızın diqqətinə çatdırırıq. Bu, olduqca vacib məsələdir. Çünki həqiqətləri danışmaq lazımdır. Təəssüf ki, bu gün Avropa məkanında ermənilər və onların ətrafında dayanan qüvvələr fakti olaraq Azərbaycana qarşı informasiya "müharibəsi” aparır.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində yalan və iftiralarla dolu çıxışı təəssüflə qarşılandı:

“Ermənistanın əslində bir ölkənin əsarətindən çıxmaq cəhdini göstərən bir reallıq görünürdü. Erməni bununla başqa bir qurumun əsarətinə düşür. Paşinyan bunu yalvarmaqla, pul, yardım istəməklə, reallığı başqa cür şərh etməklə, özünə siyasi dividentlər qazanmaq niyyəti ilə edir. Bununla o, regionda olan proseslərdən uzaqlaşır. Bu isə bölgədəki proseslərin birtərəfli qaydada Avropa Parlamentinə təqdim edilməsi reallığını başa düşməməmək və bunu qəbul etməmək niyyətindən irəli gəlir”.

Millət vəkili hesab edir ki, 1 milyon azərbaycanlı qaçqını, Azərbaycan ərazilərinin 20 faizinin işğalını, hərbi cinayətləri, Xocalı soyqırımını, Qərbi Azərbaycanlıların taleyini gündəmə gətirməyən Paşinyan heç vaxt həqiqəti söyləyə bilməz:

“Çünki hansısa başqa bir məlumat real faktı qəbul etmədən düzgün qavranılmayacaq. Görünən odur ki, Paşinyan özü üçün əlverişli məkan kimi Avropa Parlamentindən istifadə edir. Avropa Parlamentinin özü isə əsl həqiqətləri eşitmək istəmir. Erməni lobbisinin və Fransanın təsiri altında Avropa Parlamenti alətə çevrilir. Orada hansı korrupsiya proseslərinin getdiyi göz önündədir. Kimlər burada nəyi əldə etmək istəyirsə, ölkələri əsarətə salıb idarə etmək niyyətləri aşkar görünür. Amma bu hallar Avropa Parlamenti elə Ermənistanın özü üçün utancverici məsələyə çevrilir”.

AŞPA təmsilçisinə görə, indiki halda Paşinyanın absurd məntiqi elə məntiqsizlikdən irəli gəlir: “Çünki o, sülhlə yanaşı, Azərbaycanla söz davasına çıxır, ittihamlar irəli sürür. “Azərbaycan bizi qovdu, qoymayın” deyən Paşinyan digər tərəfdən bunları yaddan çıxarıb “biz Azərbaycanın ərazi bütövlüyünü qəbul edirik və bundan sonra sülh şəraitində yaşamaq istəyirik” kimi paradoksal yanaşmalar sərgiləyir. Amma onun azərbaycanlılara qarşı cinayətləri qəbul etməməsi fonunda ikinci həqiqətinə heç kim etibar edə bilməz. Fakt odur ki, Avropa Parlamentində bu kimi qeyri-səmimi yanaşma müşahidə edildi. Bu da təbii hal kimi qarşılandı. Zaman-zaman Avropa Parlamentindən bu cür yanaşmalar olub. Ona görə də, bu cür məsələlərə tamam başqa rakursdan qiymət vermək olmur”.

Səməd Seyidovun fikrincə, bütün bunlar Ermənistanın heç də sülhdə maraqlı olmadığını göstərir: “Ermənistan tərəfi sülh istəsə idi növbəti addımı Bişkekə gedib Azərbaycan Prezidenti ilə üzbəüz oturmaq olardı. Amma Ermənistan Qranadada Fransanın qoltuğuna sığınmaq yolunu seçdi. Bütün bunların fonunda Paşinyanın Avropa Parlamentində çıxışı sülh üçün yaranmış şansların iflasa uğraması deməkdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər