"Baykar" şirkəti Qəzza xalqı üçün 280 milyon lirə humanitar yardım etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Selçuk Bayraktar öz "X" hesabında paylaşım edib.
"Bəşər tarixinin ən ağır faciələrindən biri Qəzzada baş verir", - deyə o bildirib.
Selçuk Bayraktar qeyd edib ki, beynəlxalq birlik hərəkətə keçməli, sülh və ədalət təcili olaraq bərqərar edilməlidir.