Ukrayna üçün münaqişədə vəziyyət Qərbin kifayət qədər yardım göstərməməsi səbəbindən pisləşə bilər.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Das Erste” telekanalına müsahibəsində deyib.
"Biz pis xəbərlərə hazırlaşmalıyıq"- deyə baş katib bildirib.
Stoltenberq qeyd edib ki, münaqişələr mərhələlərlə inkişaf edir. O, həm pis, həm də yaxşı gündə Ukraynaya dəstək olmağa çağırıb. NATO-nun baş katibi etiraf edib ki, blokun üzvləri mərmilərə artan tələbatı ödəyə bilmirlər. Onun sözlərinə görə, Ukrayna kritik vəziyyətdədir. Stoltenberq çətin əməliyyat qərarlarını ukraynalılara və onların hərbi rəhbərliyinə yönləndirib.