8 Dekabr 2023 18:43
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev və Prezident Vladimir Putinin etibarlı və dost münasibətləri Azərbaycan və Rusiyanın müttəfiq və strateji tərəfdaş münasibətlərinin əsası, çoxillik əməkdaşlığın dayağıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci iclasında deyib.

"Qarşılıqlı səfərlərin sayının artması, beynəlxalq arenada ikitərəfli dəstək, birgə keçirilən tədbirlər bunun növbəti sübutudur. Sevindirici haldır ki, komissiyanın 20-ci yubiley iclası Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Fürsətdən istifadə edərək bir daha rusiyalı həmkarlarımızı Rusiyada Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yüksək səviyyəli tədbirlərə görə minnətdarlığımı bildirirəm", - o deyib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər